Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində bir sıra məsələlərə həsr edilmiş müşavirə keçirilmişdir

07 aprel 2023 | 16:26

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamının 1-ci bəndi ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 2.17-ci, 5.1-ci, 6.2.-ci və 6.9-cu bəndlərindən irəli gələn vəzifələrlə bağlı 07.04.2023-cü il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin akt zalında müşavirə keçirilmişdir.

Müşavirədə Laçın Rayon İcra Hakimiyyətinin və onun tabeliyində olan təşkilatların məsul işçiləri iştirak etmişlər.

Müşavirdə həmin Tədbirlər Planının 2.17-ci, 5.1-ci, 6.2.-ci və 6.9-cu bəndlərinə əsasən dövlət orqanları (qurumları) tərəfindən korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması ilə bağlı illik hesabatların hazırlanması və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi, kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi məsələləri geniş müzakirə edilmişdir.

Müşavirədə gündəlikdə duran dörd məsələ bağlı ətraflı məruzələr dinlənilmiş, həmin məruzələr ətrafında çıxış edənlər bu sahədə məqsədyönlü tədbirlərin davam etdirilməsinin zəruriliyini bildirmişlər.

 Daha sonra müşavirə iştirakçılarında maraq doğuran suallar hüquqi əsaslarla cavablandırılmışdır.

 

 

Keçidlər