Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində “Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

16 oktyabr 2025 | 16:02

              Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 16 oktyabr 2025-ci il tarixində   Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keşirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.12-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə ”Baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi” ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova, aparatın məsul işçiləri, məktəb direktorları, məktəb psixoloqları və Peşə Təhsil Agentliyinin Peşə  məktəbinin işçiləri iştirak etmişlər.

      Tədbirdə çıxış edən rayon rəsmisi baxımsız və kimsəsiz uşaqların sosial reabilitasiyası, xüsusilə onların peşə təhsilinə yönləndirilməsi istiqamətində tədbirlərin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2025-ci illər üçün Strategiyası”nda öz əksini tapdığını  qeyd edərək Strategiyadan irəli gələn məsələlərin rayonda vaxtlı-vaxtında icra olnunduğunu bildirməklə yanaşı bu sahədə fəaliyət göstərən hər bir şəxsin üzəinə böyük məsuliyyət düşdüyünü qeyd etmişdir.

              Mövzu ətrafında çıxış edən digər natiqlər qeyd ediblər ki,  Strategiyanın əsas məqsədi ölkəmizdə uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, respublika ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir. Qeyd olunmuşdur ki,  belə uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusilə sosial ehtiyaclarının hərtərəfli təminaına diqqət və qayğı ilə   yanaşılması vacb məsələlərdəndir.                  

       Tədbirdə mövzu ətrafında müzakirələr aparılmış, yaranmış suallar cavablandırılmışdır.

 

Keçidlər