Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir.

18 dekabr 2024 | 12:06

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Tədbirlər Planının 8.4.6-ci yarımbəndinin (Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi üçün müvafiq tədbirlər görülməsi) icrası əsas icraçı  kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, digər icraçı kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mediasiya Şurası, yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır.

       Tapşırığın icrasının təmin edilməsi üçün  Laçın Rayon İcra hakimiyyəti ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi  mövzusunda 2024-cü il 18 dekabr tarixdə tədbir keçirmişdir.

       Tədbirdə  Laçın Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Tofiq Mirzəyev, Ağdam 2 saylı mediasiya  təşkilatının direktoru Aqil Cəfərov, Laçın Rayon İcra Hakimiyyətin əməkdaşları və inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir.

       Laçın Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini Tofiq Mirzəyev öz çıxışında ölkəmizdə mediasiya prosesinin tətbiqi və bu prosesin əhəmiyyəti haqqında danışmış,  ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi  üçün yerlərdə mediasiya  təşkilatının mediatorları tərəfindən təlimlərin, maarifləndirmə tədbirlərinin təşkilinin  vacib olduğunu  vurğulamışdır.

       Ağdam 2 saylı mediasiya  təşkilatının direktoru Aqil Cəfərov  mediasiya haqqında, mediasiya təşkilatının vəzifə və səlahiyyətləri haqqında, təşkilata  müraciət qaydaları haqqında ətraflı məlumat vermiş, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.  

      Şəhər, qəsəbə və kənd inzibati ərazi  dairəsi üzrə nümayəndələrə ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi  bu xidmət haqqında daha çox insanın məlumatlı olması üçün    maarifləndirmə tədbirlərinin  keçirilməsi tapşırılmışdır.

Keçidlər