Laçın Rayon İcra Hakimiyyətində 1 Noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı ilə bağlı tədbir keçirilmişdir
Hər il noyabrın 1-nin ölkəmizdə Kənd təsərrüfatı işçiləri günü kimi qeyd olunması ölkə başçısı cənab İlham Əliyevin bu sahədə çalışanlara diqqət və qayğısının bariz nümunəsi olmaqla, son illər kənd təsərrüfatı sahəsinin uğurlu inkişafı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyinin əyani təzahürüdür.
Ölkəmizin bütün bölgələrində olduğu kimi laçınlı kənd təsərrüfatı işçiləri də son üç ildə “1 noyabr - Kənd Təsərrüfatı işçilərinin Peşə Bayramı”nı Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən Laçın rayonu da daxil olmaqla bütün torpaqlarımızın erməni işğalından azad olunmasının sevinci ilə qeyd edirlər.
Laçın Rayon İcra Hakimiyyəti və Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə Laçın Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək abidə önünə gül dəstələri qoyaraq, ruhuna ehtiramlarını bildiriblər.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin aqrar sahənin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı imzaladığı Sərəncamlar, habelə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edəcək Laçın rayonunda da aqrar sahənin inkişafına güclü təkan verəcəyini vurğulanaraq, Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, eləcədə rayonun bütün kənd təsərrüfatı işçiləri bir daha peşə bayramları münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.