Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın iclası keçirilmişdir

18 aprel 2024 | 17:09

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.5-ci maddəsində (İctimai şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumıarının rəsmi internet resurslarında əks etdirilməsi) nəzərdə tutulan tapşırığın icrası üçün Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şurasının növbəti iclası keçirilmişdir. İclasda şura üzvləri, “Laçın” qəzetinin baş redaktoru, şəhid ailələri, təhsil işçiləri, ziyalılar və ağsaqqallar  iştirak etmişdir. İclasda  Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Səyyaf Məmiyev çıxış edərək ictimai şuranın  cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsi, qərarların qəbulunda ictimai rəyin nəzərə alınması, ictimaiyyətlə sağlam dialoq aparılması, vətəndaş maraqlarının qorunması və dövlət-vətəndaş münasibətlərinin şəfaflıq prinsipi əsasında tənzimlənməsindəki  rolu haqqında geniş məlimat vermişdir.

           Natiq bildirmişdir ki, Laçın rayonunda  ictimai şura ilə müzakirə olunan məsələlərin əhatə dairəsinin  son ildə  daha da genişlənməsi, dövlət orqanları və vətəndaş cəmiyyətləri ilə müzakirələr aparması, mətbuata çıxışı, şuranın öz vhatsapp qrupunun fəaliyyət göstərməsi dövlət-vətəndaş münasibətlərinin tənzimlənməsində öz müsbət nəticəsini verir.  Qərarların müzakirəsi zamanı  daha fəal iştirak etmək, qəbul olunan qərarların yerinə yetirilməsində şəfaflıq prinsipi və qanunun aliliyini qorunmaq, vətəndaş  məmnunluğunun təmin edilməsinə nail olmaq şura üzvlərinin əsas vəzifələrindən olduğu  bildirilmişdir.

          İclasda digər çıxış edənlər  bildirmişlər ki, Laçın Rayon İcra Hakimiyyəti yanında İctimai Şurası mütəmadi olaraq rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, ictimai birliklərlə fəal əməkdaşlıq edir, şəhid ailələri ilə görüşlər keçirir, həssas qrupdan olan insanları narahat edən məsələləri öyrənir və dövlət orqanları ilə müzakirə edir, Laçın Rayon İcra Hakimiyyəti və digər dövlət orqanları ilə  qarşılıqlı əlaqədə öz işini qurur, qəbul edilmiş qərarların müzakirəsində, rayonun gələcək sosial-iqtisadi həyatına təsir edə biləcək qərarların qəbulu və vətəndaş cəmiyyəti ilə müzakirələrdə iştirak edir. İctimai Şuranın fəaliyyəti haqqında  maarifləndirmə işi aparılır, ictimai şuraların cəmiyyətdə rolu, vəzifələri əhali arasında təbliğ edilir. Maarifləndirmə və təbliğat işlərinin aparılması  ictimai şuranın fəaliyyət dairəsini genişləndirməyə və geniş auditoriya ilə işləməyə şərait yaradır. Bu səbəbdən də dövlət qurumlarının rəsmi internet resurslarında, mətbuat və sosial şəbəkələrdə maarifləndirmə işinin davam etdirilməsi  iclas iştirakçılarının nəzərinə  çatdırılmışdır.

              Daha sonra işğaldan azad edilmiş Laçın rayonunda aparılan tikinti, bərpa və quruşuluq işlərində, əhalinin doğma torpaqlarına qayıdışında və digər məsələlərin həllində  İctimai Şuranın  gördüyü işlər və qarşıda duran vəzifələr  müzakirə edilmişdir.

Keçidlər