Laçın Rayon İcra Hakimiyyəti mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsinə qoşulmuşdur
Laçın Rayon İcra Hakimiyyətinin 2024-cü il 3 may tarixdə mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsinə qoşulması təmin edilmişdir.
Belə ki, Laçın Rayon İcra Hakimiyyətinin əsas funksional fəaliyyətində və inzibatçılıq ilə bağlı proseslərdə avtomatlaşdırılma səviyyəsinin artırılması məqsədilə ardıcıl tədbirlərin görülməsi davam etdirillir. İnformasiya kommumikasiya texnologiyaları sahəsi üzrə həyata keçirilən tədbirlər, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 27 oktyabr tarixli, 314 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri” ilə də uzlaşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 27 oktyabr tarixli, 314 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri”nə əsasən yaradılmış Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda 2024-cü il 3 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsisteminə qoşulması təmin edilmişdir. Eyni zamanda Laçın Rayon İcra Hakimiyyətinin “İdarələrarası elektron sənəd dovriyyəsi” sisteminə inteqrasiya təmin olunmuşdur. Qeyd olunan sistem Hökumət Buludu konsepsiyasının SaaS modelinə uyğun olmaqla dövlət orqanını bu sahə üzrə texnoloji və texniki məsələlərdən və digər zəruri tələb və məsrəflərdən azad etməklə xərclərin optimallaşdırılması imkanını yaradır.