Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Laçının Zabux kəndindən olan bir qrup sakinlərlə görüşmüşdür.

07 avqust 2023 | 17:14

Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin öz əzəli yurdlarına   Böyük Qayıdışını təmin  edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə  Laçın şəhərinə 700 ailənin, rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakinin köçürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sakinlərin mənzilləri müasir və xüsusi dizaynla tikilərək yenidən  bərpa edilmiş, ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılır.

Bu istiqamətdə aparılan məqsədyönlü işlər çərçivəsində Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli 2023-cü il 7 avqust tarixdə Laçının Zabux kəndindən olan bir qrup sakinlərlə görüşmüşdür.

2023-cü il 27 may tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanışlığını xatırladan Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli bildirmişdir ki, ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin,  ilkin mərhələdə isə  223 ailənin köçürülməsi nəzərdə tutulur. Zabux kəndində 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilmiş, zəruri social infrastruktur yaradılmışdır. Zabux kəndində evlərin, sosial obyektlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə edilməsi nəzərdə tutulumuşdur.Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, kənddə bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcəkdir.

Rayon rəhbəri qeyd etmişdir ki, Zabux kənd sakinləri üçün  “Zabuxa İlk Qayıdış” adı altında 2023-cü il 7 avqust tarixdə Qacqınların və Məcburi Köckünlərin İşləri Üzrə Dövlət Komitəsində baş tutmuş  ilk  evlər ücün püşk atma mərasiminin keçirilməsi zabuxlular  üçün tarixi və çox qürürverici bir hadisədir.

Daha sonra Zabux kəndinə köçəcək sakinlərlə onlar üçün həyati əhəmiyyət kəsb edən bu məsələ ətrafında qarşılıqlı fikir mübadilələri aparılmışdır.

         Vətənə qayıdışın sevincini yaşayacaq Zabux kənd sakinləri işğal altında olan torpaqlarımızın qısa müddətdə işğaldan azad edilərək, onların öz ata-baba yurdlarına qayıtmasına şərait yaratdığına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildiriblər.

Keçidlər