Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatında “mygov” platforması ilə bağlı maarifləndirici təlim keçirilmişdir.

30 oktyabr 2026 | 15:17

2026-cı il 30 oktyabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatında “mygov” platforması ilə bağlı maarifləndirici tədbir təşkil edilmişdir.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.

Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev tədbirdə çıxış edərək müasir dövrdə rəqəmsal texnologiyaların həyatın müxtəlif sahələrində, o cümlədən dövlət xidmətlərinin göstərilməsində mühüm rolu haqqında tədbir iştirakçılarına geniş məlumat vermiş, bu sahədə şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşlarının qarşısında duran mühüm vəzifələrdən danışaraq onlara müvafiq tapşırıqları çatdırmışdır. O, çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən həyata keçirilən tədbirlərdən ətraflı şəkildə söz açmışdır. Natiq qeyd etmişdir ki, bu platforma vətəndaşlara dövlət xidmətlərindən elektron formada istifadə etmək, müvafiq məlumatlara daha rahat çıxış əldə etmək və vaxta qənaət etmək imkanı yaradır.

 Çıxışlarda rəqəmsal inkişaf strategiyasına uyğun olaraq, bütün dövlət qurumlarında olduğu kimi, yerli icra hakimiyyəti orqanlarında da innovativ həllərin tətbiqinin prioritet vəzifə olduğu, bu istiqamətdə atılan ardıcıl addımların həm vətəndaş məmnunluğunun artırılmasına, həm də xidmətlərin operativliyinin təmin olunmasına xidmət etdiyi bildirilmişdir.

Daha sonra çıxış edən mütəxəssislər “mygov” platformasının geniş funksional imkanları, sistemdəki yeniliklər və vətəndaş müraciətlərinin qəbulu mexanizmləri barədə iştirakçılara ətraflı məlumat vermişlər.

Tədbirin sonunda  “mygov” platformasının imkanları, platformadan istifadə qaydaları və vətəndaşların elektron xidmətlərdən yararlanması barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edilmişdir.

Keçidlər