Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında müşavirə keçirilmişdir
2024-cü il 16 fevral tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında keçirilmiş müşavirdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, müvafiq qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev gündəlikdə duran məsələlərlə bağlı məlumat verərərək bildirmişdir ki, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VİQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanının 14-cü, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1029-VİQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2425 nömrəli Fərmanının 6-cı və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının 20213-cü il 5 dekabr tarixli 1030-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2426 nömrəli Fərmanının 6-cı bəndlərinin Laçın rayonu üzrə icrası vəziyyəti müzakirə edilməlidir.
Gündəlikdə duran hər bir məsələ ilə bağlı aidiyyəti təşkilatların rəhbərləri görülmüş işlər, habelə maliyyə intizamının gücləndirilməsi, bu sahədə görülən tədbirlər barədə ətraflı məlumatlar vermiş, büdcə vəsaitinin qənaətlə istifadəsi, israfçılığa və izafi xərclərə yol verilməməsi üçün cari ildə də müvafiq tədbirlərin görüləcəyini bildirmişlər.
Müşavirədə mövcud vəziyyət dərindən ətraflı şəkildə müzakirə olunmuş, qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir.