Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayon 18 nömrəli tam orta məktəbində “Uşaqdan Böyüyə” adlı maarifləndirici tədbir keçirilmişdir

17 dekabr 2025 | 16:26

17 dekabr 2025-ci il tarixində Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Laçın rayon 18 nömrəli tam orta  məktəbində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü və məktəbin təşkilatçılığı ilə “Uşaqdan Böyüyə” adlı maarifləndirici tədbir keçirilmişdir.Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı və Uşaq Səfirlər Məclisi ilə əlaqələndirici nümayəndə – Nazilə Abbasova, Laçın rayon 18 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi,valideynlər, habelə Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə nümayəndələri və fəal üzvüləri iştirak  etmişlər.

İştirakçılar mövzu üzrə çıxış etmiş, uşaqların sosial inkişafında maarifləndirmə işlərinin əhəmiyyəti və ailə dəyərlərinin qorunmasının vacibliyi barədə fikirlərini bölüşmüşlər. Tədbirin əsas məqsədi uşaqların və yeniyetmələrin şəxsiyyət kimi formalaşmasına dəstək göstərmək, onların sosial məsuliyyət hissini artırmaq, hüquq və vəzifələri barədə maarifləndirmək, həmçinin sağlam ailə və cəmiyyət dəyərlərinin aşılanmasına töhfə vermək olmuşdur. Tədbir çərçivəsində iştirakçılarla erkən nikahın fəsadları, məişət zorakılığı, uşaqların psixoloji durumu, valideyn-uşaq münasibətlərinin düzgün qurulması, yeniyetmələrin ictimai yerlərdə və məktəb mühitində davranış qaydaları, narkomaniya və digər zərərli vərdişlər mövzularında geniş maarifləndirici söhbətlər aparılmış, şagirdlərə düzgün yanaşma və təhlükələrdən qorunma yolları barədə ətraflı məlumat və tövsiyələr verilmişdir.

Tədbirdə həmçinin, uşaqlara “Uşaq Qaynar Xətti”nin fəaliyyəti barədə geniş məlumat təqdim edilmiş və bu xidmətlərin uşaqların hüquqlarının müdafiəsindəki rolu vurğulanmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə ümummilli lider Heydər Əliyev uşaqların hüquqlarının müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Bu siyasət hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyeva uşaq hüquqlarının qorunması, onların təhsil, sağlamlıq və mədəni inkişafı istiqamətində mühüm sosial layihələrin həyata keçirilməsində fəal iştirak edir. Onun rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafına və rifahına mühüm töhfələr verməkdədir.

 Tədbir, valideyn və uşaqları maraqlandıran sualların cavablandılması ilə yekunlaşmışdır.

Keçidlər