Şriftin ölçüsü :

Saytın rəngi :

“Laçın” bulağının ətrafında təmizlik aksiyası keçirilmişdir.

12 noyabr 2026 | 17:54

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 31-ci ildönümünə həsr olunmuş “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur” mövzusunda Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində təmizlik aksiyası təşkil olunmuşdur.

Laçın Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının birgə təşəbbüsü ilə keçirilən aksiyada hər iki qurumun əməkdaşları, ictimaiyyət nümayəndələri və parti̇ya fəalları iştirak ediblər.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, təbii sərvətləri qorumaq, əhali arasında ekoloji mədəniyyət və ictimai məsuliyyət hissini gücləndirməkdən ibarət olunmuşdur.

Aksiya çərçivəsində ərazidəki “Laçın” bulağının ərazisi məişət tullantılarından təmizlənmiş, bulağın və onun ətrafındakı təbii mühitin qorunması üçün lazımi tədbirlər görülmüşdür.

Çıxışlarda vurğulanıb ki, təbiətin, saf su mənbələrinin və ekoloji tarazlığın qorunması təkcə dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin və hər bir vətəndaşın borcudur. Su mənbələrini çirklənmədən qorumaq, yaşıllıqlara qayğı göstərmək sağlam həyat mühitinin formalaşdırılması üçün vacib şərtdir.

Xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının 78-ci maddəsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, ətraf mühitin qorunmasını hər bir şəxsin borcu kimi müəyyən edən bu konstitusion müddəa gələcək nəsillər üçün sağlam mühitin təmin olunmasına xidmət edir.

Sonda bu cür təşəbbüslərin ictimai həmrəyliyin möhkəmləndirilməsi və gənclərin təbiətə qayğı ruhunda tərbiyə edilməsi baxımından mühüm rolu qeyd olunmuş, ekoloji aksiyaların davamlı olmasının vacibliyi vurğulanmışdır.

Keçidlər