Şriftin ölçüsü :

Saytın rəngi :

İnsanlara nur bəxş edən böyük oftalmoloq alim - Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümüdür.

27 aprel 2024 | 09:43

2024-cü il 27 aprel tarixində Laçın  Rayon İcra Hakimiyyəti və “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

            Laçın rayon Mərkəzi Xəstəxanasının binasında keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə, rayon ziyalıları və tibb işçiləri iştirak etmişlər.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Vətən uğrunda canını fəda edən qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

               “Laçın Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş həkimi Zahid Əhmədov  tədbiri  açıq elan edərək bildirmişdir ki, bu günlər respublikanın hər yerində olduğu kimi, Laçın rayon sakinləri tərəfindən də  görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbirlərin keçirildiyini bildirmiş, alimin oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışmış, qeyd etmişdir ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan olduğunu,  mənalı və zəngin həyat yolunun bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu bildirmişdir. 

         Tədbirdə çıxş edən rayon rəsmisi Cabir Əvəzzadə iştirakçıları rayon rəhbərliyinin adından salamlayaraq, görkəmli alim, ictimai xadim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində olan misilsiz xidmətlərindən danışaraq görkəmli alimin zəngin elmi irsinin bu gün də aktual olduğunu, elmi-pedaqoji-ictimai fəaliyyətinin gənc həkimlərin yetişməsinə təkan verdiyini, Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini vurğulamışdır. Xüsusilə qeyd etmişdir ki,  işıqlı bir həyat yaşayan Zərifə xanım Əliyeva görkəmli oftalmoloq-alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüş, Ulu öndər Heydər Əliyevin sadiq dostu və məsləkdaşı olmuşdur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu geniş quruculuq işlərinin və Zərifə xanım Əliyevanın çoxşaxəli humanitar missiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Azərbaycanın birinci xanımı, Birinci vitse prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

           Tədbirdə diğər çıxış edənlər Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elminin inkişafında, ictimai həyatında mühüm rol oynadığını bildirərək, onun gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, fitri istedada malik novator alim kimi xarakterizə etmişlər.

          Tədbirdə dönə-dönə vurğulanmışdır ki, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, zəngin və mənalı ömür yolu keçmiş Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Keçidlər