Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir keçirilmişdir. 11.06.2026

11 iyun 2026 | 15:47

11 iyun 2026-cı il tarixində Laçın Rayon İcra Hakimiyyətinin  konfrans zalında təşkil olunan tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın əməkdaşları, o cümlədən  ərazi  üzrə  icra nümayəndələri iştirak etmişdilər.

        Tədbiri  Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev açaraq  çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli müvafiq Sərəncamı ilə  hər il iyun ayının  18-nin  ölkəmizdə   İnsan Hüquqları Günü  kimi  qeyd olunduğunu bildirmiş, bununla yanaşı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə 18 İyun “İnsan Hüquqları Günü” ərəfəsində ölkəmizdə  may ayının 18-dən  iyun ayının 18-i  tarixinədək elan edilmiş “İnsan Hüquqları aylığı“ ilə bağlı tədbir iştirakçılarına dövlətimizin  insan hüquq və  azadlıqları  istiqamətində  gördüyü  tədbirlərin beynəlxalq təşkilatlar  tərəfindən  yüksək  qiymətləndirilməsindən  bəhs  etmişdir.

      Rayon rəsmisi çıxışında  Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra  beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçdiyini, insan hüquqları amilinin Ümummilli lider Heydər Əliyevin siyasi  fəaliyyətinin əsas prioritetlərindən biri olduğunu, bu da bilavasitə onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənədlərin qəbul edilməsi ilə nəticələndiyini natiq xüsusilə vurğulamışdır. Həmçinin 1993-cü ildə Ümummilli liderin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra dövlətimizdə insan hüquqlarının təminatlı sisteminin əsaslı bünövrəsindən bəhs edərək Azərbaycan Respublikasının qanunvericilik sisteminin ən ali qanunu  Konstitusiyanın qəbul edilməsi bu istiqamətdə əməli dönüş olduğunu qeyd etmiş, Konstitusiya layihəsi üzrə komissiyaya rəhbərlik edən Ümummilli lider Əsas Qanunda əksini tapmış bütün maddələrin məhz insan hüquq və azadlıqlarına tam cavab verməsi məqsədini ön plana çəkdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmış və  milli  qanunvericiliyimizdə insan hüquqlarının qorunmasını dövlətin ali məqsədi hesab edən xüsusilə, Azərbaycan  Respublikasının Konstitusiyasında beynəlxalq hüquq normalarının üstünlüyünü qəbul edən kifayət qədər müddəalar olduğunu,eyni zamanda “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci tarixli Fərman, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 iyun 1998-ci il tarixli Sərəncam ,Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda təsbit olunmuş  fundamental dəyərlərdən  bəhs etmişdir.

     Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq və kadr məsələləri sektorunun  məsləhətçisi Minə Əliyeva çıxış edərək  ölkəmizin hal-hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu və ideal fəaliyyət isə dövlətimizin insan hüquqları istiqamətində də düzgün siyasətini, tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlər, eyni zamanda, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını geniş məlumatlandırmışdır.

 Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər