Şriftin ölçüsü :

Saytın rəngi :

Hüquqlarımızı öyrənirik

17 noyabr 2025 | 15:50

Laçın  Rayon İcra Hakimiyyəti başçısı yanında “Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiya“-nın rayon ərazisində uşaq hüquqlarının müdafiəsi sahəsində əhalinin məlumatlılığının artırılması, bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə rayonun əlaqədar idarə, müəssisə və təşkilatlarla  birlikdə müxtəlif təlim-tərbiyə ocaqlarında davamlı şəkildə 20 oktyabr– 20 noyabr “Uşaq hüquqları Aylığı“ çərçəvəsində tədbirlər təşkil edilmişdir.

Rayonun 28 nömrəli tam orta məktəbində Laçın Rayon İcraHakimiyyətinin dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin təşəbbüsü və  təşkilatçılığı ilə “Süni İntellekt Günümüzdə” adlı maarifləndirici tədbir keçirilib.

 Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər  Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin məsul işçisi, eyni zamanda Uşaq Səfirlər Məclisi ilə əlaqəli nümayəndə Nazilə Abbasova, Laçın rayon 28 nömrəli tam orta məktəbin direktoru Nofəl İsmayılov, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədr müavini Misir Məmmədov, Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə qızları təmsil edən regional nümayəndəsi Fəridə Həsənova, oğlanları təmsil edən regional nümayəndə Hüseyn Alızadə, eləcə də Uşaq Səfirlər Məclisinin Laçın rayonu üzrə könüllü fəalları – Əliəkbər Hüseynzadə, Zeynəb Xankişiyeva, Mehman Həmizəyev, Ərtoğrul Qulizadə, Sənan Həsənov, Nəzrin Şükürova, Ülkər Abbasova və Nuray Kərimli iştirak ediblər.

 Tədbir zamanı uşaqlara hüquq və vəzifələri, süni intellektin mahiyyəti, ondan düzgün və məqsədyönlü istifadə prinsipləri, həmçinin texnologiyanın cəmiyyətə və    insan həyatına təsiri barədə ətraflı məlumat verilib.

Eyni zamanda çıxışlarda uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu vurğulanaraq, uşaqlara göstərilən qayğının cəmiyyətin gələcəyinə qoyulan ən dəyərli sərmayə olduğu bildirilməklə Ulu Öndər Heydər Əliyevin uşaqlara dair ideyalarının dövlət başçısı cənab İlham Əliyev və  Birinci vitse-prezident , Mehriban xanım  Əliyeva tərəfindən uğurla davam etdirilərək  uşaqların hüquq və inkişafına verdikləri xüsusi önəm minnətdarlıqla qeyd olunmuşdur.

Keçidlər