Heyvan sağlamlığı sahəsində dəstək mexanizmlərinin hazırlanması ilə bağlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.9-cu yarımbəndinin icrası ilə bağlı (heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması) ilə əlaqədar 2023-cü il 2 mart tarixdə Laçın Dövlət Aqrar İnkişaf Mərkəzində tədbir keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, habelə Laçın Dövlət Aqrar İnkişaf Mərkəzinin və Laçın Rayon Baytarlıq İdarəsinin əməkdaşları iştirak etmişlər.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.9-cu yarımbəndinin icrası ilə bağlı heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması məsələləri geniş müzakirə edilmiş, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadilələri aparılmışdır.
Laçın rayonunda heyvandarlığın inkişaf etdiyini vurğulayan Laçın Dövlət Aqrar İnkişaf Mərkəzin direktoru Sahib Quluyev heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanmasının vacibliyini bildirmişdir.
Tədbirdə çıxış edən baytarlıq mütəxəssisləri heyvan sağlamlığı sahəsində bufer, kompartment, müşahidə, xüsusi və azad zonaların yaradılmasının qiymətləndirilməsi və müvafiq dəstək mexanizmlərinin hazırlanması ilə bağlı bir sıra təkliflər irəli sürmüşlər.