Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə bağlı Laçın Rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.

07 dekabr 2023 | 12:46

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayonumuzda keçirilən silsilə tədbirlər davam edir.
    Həmin silsilə tədbirlərin tərkib hissəsi olaraq, 2023-cü il 7 dekabr tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının konfrans zalında “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinin mükafatlandırılması ilə tədbir keçirilmişdir.
     Ümummili lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayonumuzda görülmüş işlər barədə geniş məlumat vermişdir.
Daha sonra rayon rəhbəri “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinin uğurlarını yüksək qiymətləndirərək, onları həmin uğurlara görə təbrik etmişdir.
    Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli rayon üzrə keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrinin qaliblərinə qiymətli hədiyyələr və Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim edərək, onların hər birinə təhsildə və gələcək həyatda uğurlar arzulamışdır.
     Tədbirdə iştirak edənlər onların əməyinə və uğurlarına verilən qiymətə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tükənməz minnətdarlıqlarını bildirmişlər.
Sonda Azərbaycan Xalqının Ümummili lideri Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin binası önündə ucaldılmış büstü qarşısında xatirə şəkli çəkdirilmişdir.

Keçidlər