Həmyerlimiz V İslam Həmrəyliyi Oyunlarında qızıl medala layiq görülüb
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yarışı 99 medalla bitirərək 4-cü pillədəki mövqeyini qorumuşdur. Yarış ərzində Azərbaycan idmançıları 29 qızıl, 36 gümüş və 34 bürünc əyarlı medallar qazanıblar.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
Qeyd olunduğu kimi V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika çərçivəsində qrup hərəkətlərində Azərbaycan komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Xatırladaq ki, komanda üzvü 2003-cü il təvəllüdlü Güllü Etibar qızı Ağalarzadə Laçın rayonunun Güləbird kənd sakinidir. Ailəsi Bakı şəhəri Xətai rayonunda məskunlaşmışdır.
Güllü Ağalarzadə Bakı şəhəri 165 saylı məktəbin məzunudur. Hal-hazırda Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.
İdmançılarımızı təbrik edir,onlara davamlı uğurlar arzulayırıq.