Şriftin ölçüsü :

Saytın rəngi :

Gender əsaslı zorakılığa qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir

11 dekabr 2024 | 17:18

    2024-cü il 10 dekabr tarixdə Laçın Rayon  İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu, Taxta Körpü ərazisində fəaliyyət göstərən Laçın rayonunun  “Düşərgə”  ümumi orta məktəbində  “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində  tədbir keçirilmişdr.

           Tədbirdə Laçın Rayonu  İcra   Hakimiyyəti   başçısı aparatının  İctimai-siyasi və  humanitar  məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı                   Məhəmməd Şahbazov, məktəbin  müəllim-şagird kollektivi,  valideynlər iştirak ediblər.  

        Tədbir başlamazdan əvvəl iştirakçılar  tərəfindən Xalqımızın Ulu Öndəri  Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

              Tədbir çərçivəsində çıxış edən natiqlər “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının məqsədi barədə iştirakçılara ətraflı məlumat vermiş, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, vətəndaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarından danışılmışdır. Həmçinin, gender əsaslı zorakılıq nədir, növləri və zorakılıq qurbanlarının yaşadığı psixoloji sarsıntılar barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Zorakılığa məruz qalmış qadın və qızlara göstərilən hüquqi və psixoloji yardımlar, Daxili İşlər Nazirliyi 102 – zəng mərkəzi, 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti, həmçinin 116111 – Azərbaycan Uşaq Qaynar Xətti barədə iştirakçılar məlumatlandırılıb.

              Qeyd olunmuşdur ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyası hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar bu kampaniya vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırırlar.

Keçidlər