Şriftin ölçüsü :

Saytın rəngi :

Gələcək ailə qurucuları kimi ”Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda tədbir keçirilmişdir.

17 dekabr 2025 | 11:59

17 dekabr 2025-ci il tarixdə Laçın rayon 10 nömrəli tam orta məktəbində gələcək ailə qurucuları kimi  ”Gənclərə məsləhətlərin verilməsi və psixoloji dəstəyin göstərilməsi” mövzusunda tədbir keçirilmişdir.

 Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İdris Quliyev, Laçın rayon 10 nömrəli tam orta məktəbinin müəllim kollektivi və şagirdləri iştirak etmişlər.

           Tədbirin açılışında məktəbin direktoru Şamama Hüseynova Gənclərə məsləhətlərin verilməsi və psixaloji dəstəyin göstərilməsi mövzusu    ətrafında çıxış edərək,  yeniyetmə və gənclərin cəmiyyətin ən dinamik və yaradıcı təbəqəsi olduğunu qeyd edərək, gələcəyin ailə qurucuları kimi  onlara sağlam düşüncəli, özünə inamlı və psixoloji cəhətdən güclü olmalarını tövsiyyə edərək  məsləhətlərini vermişdir.

Sonra tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi İdris Quliyev çıxış edərək bildirdiki mövzu ilə bağlı  mütəmadi olaraq gənclərə məsləhətlərin verilməsi, həmçinin vaxtında psixoloji dəstəyin göstərilməsi olduqca vacibdir. Eyni zamanda qeyd olunmuşdur ki, belə tədbilərdə valideynləin də iştirakının təmin edilməsi vacibdir.         

  Sonda məktəbin şagirdləri mövzu ilə əlaqədar onları maraqlandıran məsələlərlə bağlı öz fikirlərini bildirdilər.

Keçidlər