Erkən nikahın və qohumlar arasında nikahın təhlili mövzusunda tədbir keçirilmişdir.
16 dekabr 2025-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Laçın rayon 6 nömrəli tam orta məktəbdə “Erkən nikahın və qohumlar arasında nikahın səbəblərinin təhlili və onların aradan qaldırılması üzrə tədbirin həyata keçirilməsi” mövzusunda maarifləndirici tədbir keçirildi .Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşı Aytəkin Zeynalova, məktəbin müəllim, psixoloq və şagird kollektivi iştirak etmişdir.
Tədbirdə çıxış edənlər erkən yaşda uşaqların ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmadığını və bu cür erkən nikahların sonradan onların həyatında bir sıra böyük fəsadlar yaratdığını bildirmiş və bu fəsadlar məişət zorakılığından tutmuş, ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açdığını qeyd etmişlər. Bildirmişlər ki, erkən nikahların qarşısının alınması üçün həyata keçirilən profilaktik tədbirlərin daha təsirli olması və nəticə verməsi üçün bu cür maarifləndirmə işlərinin yalnız uşaqlar arasında aparılmasının kifayət olmadığı, bu barədə maarifləndirməyə valideynlərin də cəlb edilməsinin, bu haqda onlara düzgün məlumatlar çatdırılmasının vacibliyini qeyd etmişlər.






