Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov tərəfindən Laçın şəhərində vətəndaşların qəbulu keçirilmişdir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 2026-cı il 15 may tarixində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Laçın şəhərində Laçın və Kəlbəcər rayonlarından olan sakinləri qəbul etmişdir.
Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Laçın şəhərindəki büstü ziyarət olununaraq, önünə gül dəstələri qoyulmuş, dahi şəxsiyyətin əziz xatirəsi anılmışdır.
Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, yaşıllıqların qorunması, işlə təmin olunma və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilmişdir. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınmışdır.






