Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üçün rəhbər işçilərlə təlim keçirilmişdir.

15 fevral 2023 | 17:11

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 2023-2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nda dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün müvafiq dövlət orqanları tərəfindən idarəetmə sahəsində, o cümlədən insan resurslarının idarə edilməsi ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. Həmin tapşırığın icrası olaraq, 2023-cü il 15 fevral tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğununda çalışan rəhbər vəzifəli şəxslər üçün təlim keçirilmişdir.

Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev dövlət qulluğunda çalışan rəhbər vəzifəli şəxslər üçün  belə təlimlərin keçirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirmiş, dövlət qulluqçularının fərdi inkişafı məqsədilə, habelə prioritet istiqamətlər üzrə təlimlər keçirilməsinə dair təcrübənin öyrənilməsini və müvafiq təkliflər hazırlanmasını vacib saymışdır.

 Belə təlimlərin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində, dövlət qulluqçularının peşəkar inkişafı sisteminin təkmilləşdirilməsində böyük rolu olduğunu bildirən natiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 6 aprel tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın müddəlarını geniş şərh etmiş, daha sonra təlim iştirakçılarında sual doğuran məsələlər ətrafında ətraflı izahlar vermişdir. 

Keçidlər