Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim keçirilmişdir.

28 noyabr 2025 | 11:26

2025-ci il 28 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətində “Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilmişdir.

    Təlimdə Laçın Rayon İcra Hakimiyyətinin əməkdaşları, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.

   Təlim zamanı korrupsiya anlayışı, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, korrupsiya hüquqpozmalarının növləri, korrupsiya hüquqpozmalarına görə məsuliyyət, korrupsiyaya qarşı mübarizədə beynəlxalq təcrübə, korrupsiyaya qarşı mübarizə metodları və vasitələri, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizədə əldə edilmiş nailiyyətlər, eləcə də dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, korrupsiya ilə mübarizə və etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilmişdir.

        Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarını maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Keçidlər