Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir

30 dekabr 2022 | 17:23

30.12.2022-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətində dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması barədə maarifləndirmə tədbiri  keçirilmişdir.

Tədbirdə “Azərbaycan dilinin düzgün tələffüzü qaydaları” mövzusunda Laçın Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini Tofiq Mirzəyevin məruzəsi dinlənilmişdir.

Daha sonra məruzə ətrafında qarşılıqlı fikir mübadilələri aparılmış, mövzu üzrə maraq doğuran suallar ətraflı şəkildə cavablandırılmışdır.

Tədbir iştirakçıları yerlərdə də dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması mövzusunda maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyini bildirmişlər.

Keçidlər