Şriftin ölçüsü :

Saytın rəngi :

«Dini radikalizmə və ekstremizmə qarşı birgə mübarizə»

14 may 2025 | 17:34

14 may 2025-ci il tarixində Laçın  Rayon İcra Hakimiyyətinin və Laçın Rayon Polis şöbəsinin   birgə təşkilatçılığı ilə Laçın rayonunun 44 nömrəli tam orta məktəbində «Dini  radikalizmə və ekstremizmə qarşı birgə mübarizə» mövzusunda maarifləndirici tədbir  keçirilmişdir.

         Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov, Rayon İcra Hakimiyyəti başçısı aparatının hüquq şöbəsində məsləhətçi Minə Əliyeva, Laçın Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Veysəl Allahverənzadə, Laçın rayon, ”Qayğı” qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mehti Məcnunov, Laçın rayon 44 nömrəli tam orta məktəbin direktoru Məhbubə Nəsibova,  məktəbin yuxarı sinif şagirdləri, müəllim və valideynlər iştirak etmişlər.

            Tədbir başlamazdan əvvəl iştirakçılar tərəfindən  xalqımızın Ümummilli lideri Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş bütün soydaşlarımızın əziz  xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. 

    Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov   iştirakçıları rayon rəhbərliyinin adından salamlayaraq, tədbirin məqsəd və əhəmiyyətindən danışaraq tədbirin aktual mövzuya həsr edildiyini, respublikamızda ictimai-siyasi sabitliyin qorunması, eləcə də dini radikalizm və ekstremizmlə mübarizə sahəsində hər kəsin fəal olmasın, xüsusilə gənclər arasında maarifləndirmə işinin vacibliyini vurğulamışdır.  O, bildirib ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunə olmaqla ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğunlaşdırılmaqla həyata keçirilir.

            Tədbirdə edilmiş digər çıxışlarda  dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışılaraq radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərindən də bəhs edərək,  xurafatın, dini savadsızlığın yaratdığı və yarada biləcəyi fəsadlardan, eyni zamanda, bunların qarşısının alınması yollarından söz açıblar.
              Tədbir mövzu ətrafında müzakirələrlə işini yekunlaşdırıb.

Keçidlər