Şriftin ölçüsü :

Saytın rəngi :

“Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma” mövzusunda tədbir keçirilib

10 iyun 2026 | 16:09

Laçın  Rayon İcra Hakimiyyətində “Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmini ilə bağlı birgə fəaliyyətin təşkili və məlumatlandırma” mövzusunda tədbir keçirildi. Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, aparatın əməkdaşları, Laçın Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, “Laçın” qəzetinin əməkdaşları və digər aidiyyatı qurumlar iştirak etmişdir.

      Tədbirdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nından irəli gələn məsələlər  müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

Keçidlər