Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda laçınlı uşaqlar rayonumuzu ləyaqətlə təmsil ediblər.

11 dekabr 2024 | 17:14

Məlum olduğu kimi 2024-cü il 5 dekabr tarixdə Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə   "Uşaqlar və ekologiya" mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilmişdir. Forumda ölkəmizin bütün regionlarından 300-dən çox uşaq, eləcə də Türkiyə Cümhuriyyətini təmsil edən uşaqlar iştirak ediblər. Uğurla keçən Forumda 6 nəfərlik heyətlə laçınlı məktəblilər rayonumuzu təmsil etmişlər.

        Həmin uşaqlar 28 nömrəli Laçın tam orta məktəbin 8-ci sinif şagirdi (Uşaq Səfirlər Məclisinin Laçın rayon üzrə region  nümayəndəsi) Fəridə Həsənova, həmçinin 9-cu sinif şagirdi ( Uşaq     Səfirlər Məclisinin Laçın rayonu üzrə region nümayəndəsi) Hüseyn Alızadə, Laçın şəhər 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Nahid Nağızadə, Laçın rayon Zabux kənd tam orta məktəbin 11-ci sinif şagirdi Tuncay Əliyev, Laçın rayon Badamdar tam orta məktəbin 9-cu sinif şagirdi Nicat Mayılov və Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbin yetirməsi hazırda Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi Fatimə Əliyevadır.

       Forumun işində fəal iştiraklarına görə təmsilçilərimiz Ailə, Qadın və   Uşaq  Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Sertifikata layiq görülmüşlər.

Keçidlər