Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nın 6.9-cu bəndi ilə müəyyən edilmiş tapşırığın icrası ilə bağlı müvafiq tədbirlər həyta keçirilir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı nın 6.9-cu bəndində əksini tapan kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının (qurumlarının) və bələdiyyələrin öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar xüsusi buraxılışların təşkili, ictimai müzakirələrin, videokonfransların keçirilməsi təcrübəsinin genişləndirilməsi, bu sahədə müxtəlif videoçarxların, bukletlərin hazırlanması və onların əhali arasında geniş yayılmasının təşviq edilməsi tapşırığının icrasını təmin etmək məqsədi ilə Laçın rayon İcra hakimiyyəti Laçın rayon Təhsil Sektorunun iclas zalında dövlət qulluqçuları, publik hüquqi şəxslərin rəhbərləri, digər İdarə, müəssisə və təşkilatların vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirmişdir.
İclasda içtirak edən Laçın rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev ölkədə davamlı şəkildə aparılan korrupsiyaya qarşı mübarizə tədbirlərindən, vətəndaş məmur münasibətlərinin minuma endirilərək onlayn müraciətlərə üstünlük verilməsi, digər sahələrdə olduğu kimi bu sahədədə vətəndaşların maarifləndirilməsi məsələlərinin ön plana çəkilməsindən danışaraq korrupsiyaya qarşı mübarizədə hamını fəal iştirak etməyə çağırmış,“Korrusiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar maarifləndirici materialların yayılması, daha geniş kütləni əhatə etməsi üçün videoçarxların nümayişi, bukletlərin hazırlanaraq əhali arasında paylanması, korrupsiyaya qarşı təşviqat materiallarının təşviq edilməsi istiqamətində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir. Cari ildə də korrupsiya ilə mübarizənin gücləndirilməsi tədbirlərinin davam etdiriləcəyi diqqətə çatdırılmışdır.
Laçın Rayon İcra Hakimiyyətinin internet səhifəsində “Korrusiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı və rayonda bu sahədə görülmüş işlər haqqında məlumat yerləşdirilmiş, Laçın Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesablarında korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair materiallar və görülən işlər haqqında məlumat yayımlanmışdır.
Təbliğat və təşviqat işlərinin daha da geniş auditoriyaya çatdırılması üçün korrupsiyaya qarşı tədbirləri özündə yığcam şəkildə əks etdirən bukletlər hazırlanaraq onların əhali arasında geniş yayılması təmin edilmişdir.