Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Azərbaycanda qadın siyasətinə həsr olunmuş rayon qadınlarının konfransı keçirilmişdir.
12 oktyabr 2023-cü il tarixdə Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 İllik yubileyi çərçivəsində Azərbaycanda qadın siyasətinə həsr olunmuş rayon qadınlarının konfransı keçirilmişdir.Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynurə Həsənova Azərbaycan tarixində qadının müstəsna rolununun daima mövcud olmasından, milli-mənəvi dəyərlərimizin inkişaf etməsində, eləcə də sürətlə inkişaf edən modern və dayanıqlı iqtisadiyyata malik olan ölkə kimi formalaşmasında qadınlarımızın rolundan danışdı. Azərbaycanda qadın siyasətinin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirildiyini, dövlətimizin Azərbaycan qadınının potensialına, onun ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırdığını bildirdi. Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qadınlarımıza verdiyi dəyərlərdən danışdı.
Sonra rayonun ictimai həyatında fəal rol oynayan qabaqcıl ziyalı qadınlarından Aygün Kərimova, Lütviyyə Cabbarova,Nazilə Abbasova,Nərgiz Hüseynova, Əzizə Rüstəmova,Lətifə Hümbətəliyeva çıxış edərək digər ölkələrdə olduğu kimi, Azərbaycanda da qadının cəmiyyətin həyatında rolunun yüksəldilməsinə ciddi fikir verildiyi, təhsilin, gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsini təmin edən ən qiymətli vasitələrdən biri olmasının getdikcə daha çox dərk edildiyi, bugünkü cəmiyyətin məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsulu olduğu, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar.Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətini Prezident Cənab İlham Əliyevin uğurla davam etdirdiyinin qeyd etdilər.Ziyalı qadınlar eyni zamanda öz təkliflərini də irəli sürdülər.
21 nömrəli məktəbin direktoru Aygün Kərimova isə ilk dəfə Ulu Öndər Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə 1998-ci ildə keçirilən Azərbaycan qadınlarının qurultayında ilk iştirakçısı kimi maraqlı təəssüratlarını bölüşdü.Bu qurultayın əhəmiyyətindən,eləcə də dahi siyasətçi Ümummilli Lider Heydər Əliyevlə olan maraqlı görüşündən,səmimi söhbətlərindən danışdı.Dahi Liderin sadə insanlara münasibətinin qibtə ediləcək bir örnək olduğunu vurğuladı.
Konfransın yekununda işçirakçılarla xatirə şəkli çəkdirildi.