Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” və “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitablarının təqdimatı keçirilib

14 fevral 2023 | 17:38

        2023-cü il fevralın  14-də Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 37 saylı Laçın tam orta məktəbində təşkil edilmiş tədbiri  Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlərlə iş şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Şahbazov açaraq qeyd etmişdir ki,  Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bugünkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

             Bildirilmişdir ki, mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti ölkəmizi çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir

      Xüsusilə vurğulanmışdır ki,  Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən inamla davam və inkişaf etdirilir. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” ifadəsi bu gün hər bir ləyaqətli ölkə vətəndaşının həyat düsturuna çevrilib.

             Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın da  əvəzolunmaz xidmətləri vardır. Son illər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bir sıra dünya dövlətləri ərazisində reallaşdırılan humanitar  layihələr bunun bariz nümunəsidir.  

             Tədbir  İştirakçılarına məlumat verilib ki,  ADU-nun rektoru, akademik, kitabın ideya müəllifi və elmi redaktoru Kamal Abdullanın ərsəyə gətirdiyi təqdimatına toplaşdığımız “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” kitabı   son illər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən  “Azərbaycan multikulturalizmi” seriyasından nəşr edilən  ən sanballı əsərlərdən biri olmaqla kitab üç hissədən ibarətdir. Birinci hissənin  “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlandığı,  kitabda Azərbaycan yazarlarının əsərlərində multikultural ideyaların öz əksini tapdığı,  “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları” adlı ikinci kitabda isə elmi ənənədə qəbul edilmiş mədəni müxtəliflik qədim zamanlardan indiki dövrə qədər təsvir edilir. Kitabın üçüncü hissəsinin isə  “Azərbaycan multikulturalizminin siyasi və hüquqi qaynaqları” adlandığı tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. 

               Tədbirdə çıxış eedən digər natiqlər qeyd etmişlər ki, görkəmli akademik Kamal Abdullanın kitabında xalqımızın həyat tərzi və dini görüşündəki müxtəliflik Azərbaycanın mütəfəkkir və filosoflarının yaradıcılığında da əsas prioritet xətt kimi təzahür etdiyi,  İctimai-publisistik kontekstdə multikultural və tolerant ideyalar qabarıq şəkildə XVIII, XIX və XX əsrin əvvəllərində yaşamış filosof, tarixçi, maarifçi və mütəfəkkirlərin dünyagörüşlərində daha aydın görünür.

           Antologiyada Azərbaycanın orta əsr alim və filosoflarından Bəhmənyar əl-Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Seyid Yəhya Bakuvi, Məhəmməd Füzuli, Fətullah Şirvani və başqalarının yaradıcılığında əksini tapan multikultural baxışlar yer aldığı bildirilmişdir.

         Məktəbin müəllim və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə, kitabsevənlərin diqqətinə  çatdırılıb ki, hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir. Bu kitabların müxtəlif dillərə tərcümə olunaraq xarici universitetlərə və ictimai-siyasi dairələrə göndərilməsinin nəzərdə tutulması  Azərbaycan multikulturalizminin beynəlxalq aləm də öyrənilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir.

 

Keçidlər