Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan dili milli varlığımızın aynasıdır.

17 aprel 2026 | 10:20

Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 17 aprel 2026-cı il tarixdə Ağcabədi rayonu  Taxta Körpü  qəsəbəsi, klub icma mərkəzində Dövlət idarəçiliyində və kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə “Azərbaycan dili milli varlığımızın aynasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri həmçinin, ərazi üzrə tədris müəssisələrinin müəllim və şagirdləri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə  Ümummilli Lider Heydər Əliyevin və    ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

            Tədbirdə çıxış edən  Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məhəmməd Şahbazov dövlət idarəçiliyində və ictimai informasiya mühitində Azərbaycan ədəbi dilinin normalarına riayət olunmasının vacibliyindən danışmış, rəsmi sənədlərin hazırlanmasında, kütləvi informasiya vasitələrində yayımlanan materiallarda və ictimai çıxışlarda dil qaydalarına əməl olunması cəmiyyətin dil mədəniyyətinin formalaşmasında mühüm  rol oynadığını bildirmişdir.

                Tədbirdə Laçın rayon Taxta Körpü qəsəbə tam orta məktəbinin ana dili və ədəbiyyatı müəllimi Xanlar Qənbərov çıxış edərək ana dilimizin zənginliyi, tarixi inkişaf yolu haqqında məlumat vermiş, Laçın rayon ümumtəhsil məktəblərində  dilimizin qorunub saxlanılması və inkişafı ilə bağlı tədbirlər təşkil olunduğunu qeyd etmişdir.

Çıxış edən digər natiqlər mövzu ətrafında müxtəlif fikir mübadiləsi apararaq ana dilimizin dünəni, bu günü və gələcək nəsillərə ötürülməsi haqqında öz fikirlərini bildirmişlər.

 Tədbirin sonunda Taxta Körpü qəsəbə tam orta məktəbin şagirdləri tərəfindən ana dilimiz haqqında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

Keçidlər