Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Ülvin Məmmədovun xatirəsi ehtiramla yad edilib

06 aprel 2024 | 12:58

2024-cü il aprelin 6-da Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında   Aprel döyüşləri zamanı şəhid olmuş Ülvin Camaləddin oğlu Məmmədovun  məzarı önündə anım tədbiri keçirilmişdir. Mərasimdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, şəhidin yaxınları, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Mərasimdə çıxış  edən rayon rəsmisi  ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında  aprel döyüşlərində  Azərbaycan əsgərinin  əldə etdiyi qələbə nəticəsində  ordumuzun dünyanın ən güclü ordularından biri olduğu sübut olunaraq bundan sonra   ordumuzun məğlub olan tərəf kimi deyil artıq qalib tərəf kimi zəfər yürüşünə başladığını bildirdi. O, çıxışında  Ülvin Məmmədovun yaxınlarına belə vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıq edərək daim onlarla birgə olacaqlarını, xalqımız tərəfindən  torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsinin daim dərin hörmətlə anılacağını bildirdi.  Mərasimdə çıxış edən  digər iştirakçılarda  işğal altındakı torpaqlarımızın azad edilməsində əsgərlərimizin göstərdiyi sücayətdən qürur duyduqlarını iftixar hissi keçirtdiklərini bildirdilər.

    Qeyd olunmalıdır ki, Aprel döyüşləri şəhidi Ülvin Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilmişdir. Mərasimdə şəhidin yaxınları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirmiişlər. Sonda mərasim iştirakçıları şəhidin məzarı üzərinə  tər qərənfillər  düzərək xatirəsini ehtiramla yad etdilər.

Keçidlər