Şriftin ölçüsü :

Saytın rəngi :

Anım Günü tədbirləri davam etdirilir.

22 sentyabr 2026 | 17:36

“27 Sentyabr – Anım Günü ilə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının tədbirlər planı”nın təsdiq edilməsi haqqında Laçın Rayon İra Hakimiyyəti başçısının 16.09.2026-cı il tarixli, 5-64/3-3-137/2026 nömrəli sərəncamının icrası ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, aidiyyəti üzrə icra nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri 2026-cı il 22 sentyabr tarixində Bərdə və Ağcabədi rayonları ərazisində 44 Günlük Vətən Müharibəsinin şəhidlərinin məzarlarını və ailələrini ziyarət etmişlər.

    Bərdə şəhəri ərazisindəki Şəhidlər Xiyabanında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Qorçu kənd sakini Şahvələdov İlyas Etibar oğlunun, Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Şeylanlı obasında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Şeylanlı kənd sakini Nəcəfov Etibar Mehman oğlunun, Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Qarakeçdi obasında dəfn olunmuş 2016-cı ilin Aprel döyüşlərinin hərbi şəhidi, Laçın rayonunun Qarakeçdi kənd sakini Məmmədov Ülvin Cəmaləddin oğlunun, 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Qarakeçdi kənd sakini Cabbarov Elnur Şahmurad oğlunun, 13 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində Kəlbəcər rayonu ərazisində şəhid olmuş İsgəndərov Qorxmaz İsgəndər oğlunun, Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Alxaslı obasında dəfn olunmuş 44 Günlük Vətən Müharibəsinin hərbi şəhidi, Laçın rayonunun Alxaslı kənd sakini Əliyev Nihad Heydər oğlunun məzarları ziyarət olunmuş, şəhidlərin məzarı önünə tər qərənfillər düzülərək xatirələri ehtiramla yad edilmişdir. Sonra şəhidlərin ailə üzvləri ziyarət olunmuşdur.
    Ziyarət olunan şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən davamlı diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdar olduqlarını bildirmişlər.

Keçidlər