Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyinin 2019-cu ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.

09 yanvar 2020 | 16:00

2020-ci il 09 yanvar tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində - Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında ərazidə fəaliyyət göstərən  Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən  2019-cu ildə görülmüş işlərlə və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
80 nəfər qəsəbə sakininin iştirakı ilə keçirilmiş hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər. 
Hesabat yığıncağında  Taxta Körpü köçkünlər qəsəbəsi üzrə nümayəndə Məmməd Süleymanovun hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafındakı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı tədbirlər planının hazırlanması vurğulanmış, müvafiq qərar qəbul edilmişdir.
Məruzədə bildirilmişdir ki, hesabat ilində qəsəbə ərazisində Rayon İcra Hakimiyyətinin yaxından köməkliyi ilə bir sıra abadlıq və quruculuq işləri görülmüşdür.  Belə ki, il ərzində  qəsəbədaxili yolların cari təmiri üçün 650 m3 çınqıl daşınmış, müvafiq texnikanın köməkliyi ilə yol yatağına yayılmışdır. Həmçinin qəsəbədə fəaliyyət göstərən rayonun 3 saylı körpələr evi –uşaq bağçasının elektrik təminatı yaxşılaşdırılaraq bağçaya əlavə xətt çəkilmiş, bağçanın həyətindəki  istirahət köşkünün dam örtüyü yenilənmiş, döşəməyə beton tökülərək tamet döşənmiş, mətbəxə yeni su xətti çəkilmiş, bir ədəd su cəni qoyulmuşdur. Bununla yanaşı   rayon rəhbərliyinin yaxından köməkliyi sayəsində qəsəbə sakinlərinin şəxsi  təsərrüfatında olan mal-qaranın örüş – otlaq sahəsinə keçirilməsi üçün ərazidəki kollektor üzərindən salınmış körpü əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmişdir. Bununla yanaşı qəsəbə sakinlərindən son illər ərzində telefonlaşdırma ilə bağlı müraciət etmiş 136 abonentə telefon xətti çəkilmiş, bu proses hazırda da davam etməkdədir. Eyni zamanda qəsəbə sakinlərinin məşğullüğunun təmin edilməsi üçün ölkəmizdə yaradılmış DOST xidməti vasitəsi ilə qəsəbə sakinlərindən 6 nəfər aztəminatlı ailə üzvü işlə təmin edilmiş, 60 ailəyə isə  rayon Məşğulluq Mərkəzi tərəfindən müvafiq Dövlət proqramı əsasında iri və xırdabuynuzlu mal-qara  paylanılaraq həmin ailələrin  rifah halı xeyli yaxşılaşdırılmış, hazırda 10 ailə isə müvafiq sənətkarlıq işləri ilə məşğul olmaq üçün  avadanlıqla təmin edilmələri məqsədi ilə müvafiq təlimlərə cəlb edilmişlər. İl ərzində qəsəbə sakinləri fasiləsiz qaz, işıq və su ilə təmin edilmişlər.
Eyni zamanda vurğulanmışdır ki, qəsəbədə görülmüş bu işlərlə yanaşı qəsəbədaxili yolların asfaltlanması,  qəsəbəyə təsərrüfat suyunun verilməsi, qəsəbədə kanalizasiya sisteminin çəkilməsi, küçə işıqlarının bərpa olunması qarşımızda duran vacib məsələlərdəndir.
Hesabat iclasında çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi, iqtisadi, sosial yüksəliş strategiyasıdan geniş bəhs etmişdir. Rayon İcra Hakimiyyətinin başçısı nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən də danışaraq, bu əlaqənin daha da artırılmasını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çatdırmışdır.

Keçidlər