Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar "Qan ver, yaşat" adlı qanvermə aksiyasında fəal iştirak etmişlər.

28 dekabr 2019 | 16:00

      28 dekabr 2019-cu il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində fəaliyyət göstətən “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs Konsultativ-poliklinika şöbəsində Laçın Rayon İcra Hakimiyyəti və  B. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının Bərdə bölməsi   birgə "Qan ver, yaşat "adlı  qanvermə  aksiyası  həyata keçirmişdir. Aksiya 31 - Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təşkil olunmuşdur.
Aksiyada Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli iştirak etmiş, qan vermək üçün gələn məcburi köçkünlərlə görüşmüş, ilk olaraq aksiyanın iştirakçısı olmuşdur. Rayon rəhbəri çıxışında toplanmış qanın ehtiyacı olan neçə-neçə xəstəyə kömək edəcəyini bildirərək, bu cür tədbirin keçirilməsini yüksək qiymətləndirmişdir.
      Məlumat verilmişdir ki, toplanan qan  hemofiliya, talasemiya və digər xəstəliklərdən əziyyət çəkən  xəstələrin qanla təmin olunmasında istifadə olunacaqdır.
    Qanvermə aksiyasında Rayon İcra Hakimiyyətinin işçiləri, idarə və müəssisələrin əməkdaşları,  rayon ictimaiyyətinin nümayəndələri yüksək əhval-ruhiyyə ilə iştirak etmiş, fəallıq nümayiş etdirmişlər.

Keçidlər