Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə başçısı cənab İlham Əlyevin ad günü laçınlılar üçün həmişə doğma və əzizdir

24 dekabr 2019 | 16:00

   İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İlham Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb. 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri olub.
   AŞPA-da siyasi fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvar ayında qurumun sədr müavini və Büro üzvü seçilib. 2003-cü ildə baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar İlham Əliyevin deputat səlahiyyətlərinə xitam verilib. 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının prezidenti seçilib və oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88 faizindən çoxunun səsini qazanan İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində də növbəti dəfə qələbə qazanıb.
   2018-ci ildə keçirilən prezident seçkilərində xalqımız bir daha Azərbaycanı çiçəkli gələcəyə aparan Liderinə dəstək olub və cənab İlham Əliyev bir daha Azərbaycan Respublikasının Prezidenti seçilib.
   Qeyd edək ki, İlham Əliyev həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir. Evlidir. Üç övladı var.
     Həmişə olduğu kimi bu gün də hər bir laçınlı 24 dekabr 2011-ci il tarixdə ölkə başçısı cənab İlham Əliyev Qarabağ torpağında ən yaxın silahdaşı və xalqımızın sevimlisi Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə, bizi öz ailə üzvləri kimi dəyərləndirərək 50 illik yubileyini laçınlılarla birlikdə qeyd etməsini ən əziz gün kimi xatırlayırlar. Bütün laçınlılar ölkə başçısı cənab İlham Əliyevin ətrafınızda sıx birləşməklə ölkəmizin inkişafı və çiçəklənməsi naminə gördüyü işləri ürəkdən bəyənir, ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirməsindən qürur duyurlar.
    Laçın Rayon İcra Hakimiyyətinin kollektivi və bütün laçınlılar adından Azərbaycan Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, cansağlığı, şərəfli fəaliyyətində uğurlar arzulayırıq!

Keçidlər