15 may Beynəlxalq Ailə Günüdür
15 may Beynəlxalq Ailə Günü BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə əsasən bütün dünyada qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunub. Ömrünün 30 ildən çoxunu xalqımızın inkişafı və firavanlığına həsr etmiş Ulu öndər Heydər Əliyevin, 2003-cü ildən isə ölkə Prezidenti cənab İlham Əliyevin hər bir azərbaycanlı ailəsinə, onun problem və çətinliklərinə diqqət və həssaslıqla yanması cəmiyyətimizdə rəğbətlə qarşılanır. Bu baxımdan 1998-ci ildə “Qadın Problemləri üzrə Dövlət Komitəsi” nin, 2006-cı ildə isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi”nin yaradılması ilə bu sahədə bu sahədə xeyli irəliləyişlərə nail olunmuşdur.
Son illər “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” tərəfindən 15 may Ailə günü ilə bağlı yekun tədbirin regionlarda keçirilməsi, bütün regionların bu tədbirə cəlb edilməsini asanlaşdırmışdır. 2013-cü il 15 may tarixdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində 78 ailənin iştirakı ilə keçirilən tədbirdə rayonumuzu Ərikli kənd sakini, övladlarının biri Hollandiyada Qronigen Universitetində, digəri isə hal-hazırda Prezident Təqaüdçüsü olmaqla Qafqaz Universitetində təhsil alan, digər iki övladı isə Bakı Dövlət Universitetinin məzunları olan Şükürov Asif Etibar oğlu öz ailəsi ilə birlikdə təmsil etmişdir. Bayram tədbirində Şükürovlar ailəsi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Komitə tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
Bayram tədbirində müxtəlif rayonlardan gəlmiş ailələrin əl işləri nümayiş olunmuş, yaradıcı ailələrin və respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir.