Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi laçınlılar tərəfindən də ehtiramla yad edilmişdir.

12 dekabr 2019 | 16:00

   12 dekabr 2019-cu il tarixdə Azərbaycan xalqının unudulmaz oğlu  ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin  daha sıx məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü qəsəbəsində geniş anım mərasim keçirilmişdir.
    Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı geniş Heydər Əliyev meydanına toplaşan çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər  əvvəlcə  Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yadd etmişlər. Tədbir iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin   binası qarşısında ucaldımış   büstü önünə tər güllər düzərək ümummilli lider  Heydər Əliyevin əziz xatirəsini ehtiramla  yad etmişlər.  
   Sonra  Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə keçirilən mərasimdə  Ulu Öndər Heydər Əliyevin dünya siyasətçiləri arasında tutduğu xüsusi mövqeyindən,   xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açılaraq, müasir Azərbaycan dövlətinin Heydər Əliyevin  əvəzedilməz strategiyası ilə bu gündə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında  uğurla inkişaf edərək dünyada layiqli yerini tutmasını xüsusilə vurğulanmışdır.
   Mərasimdə rayon ziyalıları və ağsaqqalları Ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərinə bir daha nəzər salmış, onun möhkəm iradəyə, mahir diplomatiya və idarəçilik qabiliyyətinə, geniş zəkaya, yüksək insanpərvərlik xüsusiyyətlərinə malik olmasından ətraflı söhbət açmış əziz xatirəsi önündə baş əydiklərini  bildirmişlər. Eyni zamanda onlar istər Sovetlər İttifaqında, istərsə də müstəqillik illərin ilk dövründə respublikamızda qazanılmış uğurların başlıca təşkilatçısı və səbəbkarı ulu öndər Heydər Əliyev olduğunu xüsusilə vurğulamış, ulu öndərin əziz xatirəsinin tərəqqipərvər bəşəriyyətin yaddaşında əbədi yaşayacağını qeyd etməklə,  onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımıza daha möhtəşəm qələbələr gətiriləcəyini bildirilmişlər.
    İştirakçılar qəti əminliklə vurğulanmışdır ki, ölkəmizin yeganə problemi olan Dağlıq Qarabağ məsələsi, yağı düşmən tərəfindən işğal olunmuş tarixi torpaqlarımız ölkə Prezidentinin apardığı qətiyyətli və dönməz siyasət sayəsində tezliklə işğaldan azad ediləcək, respublikamızın ərazi bütövlüyü təmin edilməklə bütün köçkünlər öz ata-baba yurdlarına dönəcəklər.
    Mərasimdə ulu öndər Heydər Əliyevin ruhuna Quran ayələri oxunmuş, Allahdan rəhmət dilənmişdir. Anım mərasimi rayon sakinlərinin ulu öndər Heydər Əliyevə  daimi sevgi və ehtiramlarının olduğunu, həmçinin  ümummilli lider  Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını göstərməklə, əvəzolunmaz ideyalarının  dövlətimizin inkişafı və tərəqqisi yolunda əbədi mayaka çevrildiyini göstərmişdir

Keçidlər