Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məktəblilər üçün modul tipli məktəb binalarının quraşdırılması yekunlaşmaq üzrədir

10 dekabr 2019 | 16:00

   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 10 iyun  tarixli 1227 nömrəli Sərəncamı ilə respublikanın müxtəlif rayonlarında 50 ümumtəhsil məktəbi üçün quraşdırılacaq  modul tipli məktəblərdən 2-si laçınlı məktəblilər üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin məktəblərdən biri Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları, Ağcabədi rayonu Taxta körpü ərazisidəki   Laçın rayonu E.Ə.Məhərrəmov adına Hacılar kənd tam orta məktəbi üçün 56 şagird yerlik,  digəri isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən  Laçın rayonu Qazaxlar ümum orta məktəbi üçün 40 şagird yerlik məktəblərdir.   
   Sərəncamdan ötən müddət ərzində dərhal  hər iki məktəbin tikintisinə başlanılmış, hazırda inşaat işlərində yekunlaşmaq üzrədir. 
   Laçınlı köçkünlər və təhsil işçiləri  2018-ci ildə məskunlaşdıqları Ağcabədi rayonu Taxta körpü ərazisində 3 modul tipli məktəbin, cari ildə isə iki məktəb üçün modul tipli sinif otaqlarının quraşdırılmasını razılıqla qarşılayır, ölkə Prezidenti cənab İlham Əliyevə və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya digər sahələrlə yanaşı yeniləşən Azərbaycanın təhsilinə davamlı diqqət və qayğı göstərtdiklərinə  görə  minnətdarlıqlarını bildirirlər.

Keçidlər