Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Laçın məktəbində “Resurs və Təlim mərkəzi” açılmışdır

23 noyabr 2019 | 16:00

    22 noyabr 2019-cu il tarixdə Böyük Britaniyanın “British Council” təşkilatının və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Tərtər rayonunun Şıxarx məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Çaylı kənd tam orta məktəbinin nəzdində təşkil edilən “Resurs və Təlim Mərkəzi”nin açılışı ilə bağlı tədbir keçirilmişdir.
      Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Azərbaycan Respublikasının təhsil nazirinin müavini-Məhəbbət Vəliyeva,  Nazirliyin Təhsildə innovasiyalar sektorunun  müdiri-Orxan Abbasov Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Tərtər Regional Təhsil İdarəsinin müdiri Malik Vəliyev, Laçın Rayon Təhsil şöbəsinin müdiri Nicat Həsənov və məktəb kollektivi iştirak etmişlər.
       Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tədbirdə çıxış edərək Böyük Britaniyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdar olduğunu bildirməklə ötən müddət ərzində  münaqişədən əziyyət çəkən insanlara kömək etmək istədiklərini,  “Təlim Resurs” mərkəzlərini məcburi köçkün icmalarda açmaqla Britaniya hökumətinin  Azərbaycanın inkişafına bu sahədə də öz dəstəyini verdiyini bildirmişdir.
        Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək Azərbaycan  təhsilinin inkişafından ətraflı söhbət açmış “Təlim Resurs” mərkəzinin məktəblilərin inkişafında müsbət rol oynayacağına əminliyini bildirmişdir.    
        Sonda tədbir iştirakçıları məktəbdə açıq dərsdə iştirak edərək məktəblilərlə diskusiya keçirmiş və onlarla xatirə şəkili çəkdirmişlər.

Keçidlər