Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Pirallahı rayonunda keçirilmişdir

08 noyabr 2019 | 16:00

    2019-cu il 8 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Bakı şəhəri, Pirallahı rayonunun Pirallahı qəsəbəsi ərazisindəki 306 ailəlik məcburi köçkünlər qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Bozlu kənd tam orta məktəbinin binasında həmin rayonun ərazisində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə keçirilmişdir.
    86 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Laçın Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu  istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
      Səyyar qəbulda 22 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu birdəfəlik maddi yardım, mənzillə təmin olunma, qəsəbə ərazisində mərasim evinin tikilməsi, işlə təmin olunma, vahid aylıq müavinətin bərpasına köməklik olunması, məcburi köçkün kimi qeydiyyata alınma məsələləri ilə bağlı olmuşdur.
    Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
    Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.
    Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər