Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir

06 noyabr 2019 | 16:00

    2019-ci il 6 noyabr tarixdə Ağcabədi rayonu ərazisindəki Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti, Laçın Rayon Təhsil şöbəsi və Laçın rayonun hüquq mühafizə orqanlarının təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilmişdir.
     Laçın rayonunun Taxta Körpü qəsəbə tam orta məktəbinin binasında keçirilən tədbiri Laçın Rayon Taxta Körpü tam orta məktəbinin direktoru Abuzər Abuzərov açaraq sözü Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Laçın rayon komissiyasının sədri, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevə verdi. Komissiya sədri çıxışında ölkəmizdə gənc nəslin sağlam şəkildə böyüməsi üçün narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eyni zamanda yayılmasına qarşı əsası Ulu öndər Heydər Əliyev tərəfindən aparılan mübarizənin, məhz bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışaraq bildirmişdir ki, bu sahədə dövlət tərəfindən mütəmadi maarifləndirmə işləri olduqca təqdirəlayiq bir formada aparılır. Natiq eyni zamanda bildirmişdir ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun tarixi “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulduğundan, eyni zamanda  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq 26 iyun tarixinin ölkəmizdə də “Narkotiklərlə Mübarizə Günü” kimi qeyd olunması ənənə halını almışdır.
     Tədbirdə digər çıxış edənlərdən Laçın Rayon prokuroru Ceyhun Almasov və Rayon Polis şöbəsinin rəisi Adil Əsədov  narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vahid dövlət sistemi çərçivəsində hüquq mühafizə orqanları tərəfindən  rayonda da müxtəlif tədbirlərin həyata keçirildiyini, əhali arasında müvafiq profilaktik təbliğat işlərinin  görüldüyünü, keçirilən tədbirlərin rayon sakinləri tərəfindən razılıqla qarşılandığını, eyni zamanda narkomaniya, onun doğurduğu fəsadlar barədə əhalinin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərin çox təqdirəlayiq bir iş olduğunu bildirmişlər.

Keçidlər