Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərin fasiləsiz və normal elektirik enejisi ilə təminatı diqqətdə saxlanılır.

21 oktyabr 2019 | 16:00

    Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskünlaşdığı Ağcabədi rayonunun Taxta körpü ərazisində məcburi köçkün ailələrinin fasiləsiz və normal elektirik enejisi ilə  təmin etmək  üçün, 10 və 0.4 kvt-lıq hava xətlərində xeyli işlər  görülmüşdür. Taxta körpü sahəsində  müxtəlif  güclü 30  ədəd zədələnmiş  10/0.4 kvt-lıq transfarmator əsaslı  təmir edilərək yenidən əhalinin istifadəsinə  verilmişdir.Qayğı qəsəbəsində 15 ədəd, Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Qoşasu, Ağbulaq, Ərdəşəvi, Qarıqışlaq, Alxaslı, Arduşlu, Nurəddin  obalarında 0.4 kvt-lıq 263 ədəd ağac dayaq yenisi ilə əvəz edilmişdir.
     Azərbaycan Respublikası  Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi  tərəfindən verilmiş 10/0.4 kvt-luq tansfarmatorlar, Alxaslı obasında 100 kvt, Nurəddin obasında 100 və 160 kvt, Fingə obasında 100 kvt, Arduşlu obasında 100 kvt, Malıbəy obasında 63 kvt ,Cağazur obasında 100 kvt, Qarıqışlaq obasında 160 kvt və Mais obasında 100 kvt-lıq zədələnmiş transfarmatorların əvəzinə quraşdırlmışdır.
     10 kvt-lıq hava xəttində 30 ədəd istismara yararsız ağac dayaq dəmir-beton dayaqla , 2.0 km istismara yararsız  AS-35 naqillər yeni AS-35 markalı naqil ilə əvəz edilmişdir
0.4 kvt-lıq hava xəttin-də 3.0 km  istismara yararsız naqillər yenisi ilə əvəz edilmişdir.
     110/10 kvt-lıq Taxta körpü  yarımstansiyada carı təmir işləri görülmüş,35/10 kvt-lıq Mil-Massivi yarımstansiyada 35 kvt-lıq yağ açarları əsaslı təmir edilmiş, yağ açarlarına yağ əlavə edilmişdır.
10/0.4 kvt-lıq trasfarmatorlara yağ əlavə edilmiş, transfarmatorların ətrafı kol-kosdan təmizlənmişdir.10 kvt-lıq hava xəttlərinin trassası ağac budaqlardan təmizlənmiş, qabaritlər normaya salınmışdır.
Abonentlərə məxsus zədələnmiş 15 ədəd sayğac yenisi ilə əvəz olnmuşdur.
    110/10 kvt-lıq Taxta körpü yarımstansiyasında ehtiyatda olan 10 kvt-lıq trasfarmator lazım olduğu təqdirdə şəbəkəyə qoşulmaq üçün hazır vəziyyətə gətirilmişdir.

Keçidlər