Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün davamlı tədbirlər görülür

18 oktyabr 2019 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin əhalinin özünüməşğulluğunun təmin edilməsi məqsədilə imzaladığı 7 aprel 2016-cı il tarixli Sərəncamı Laçın rayonu üzrə uğurla icra edilir. Belə ki , Laçın rayonunda 2016-cı il ərzində 12 nəfər, 2018-ci ildə isə 100 nəfər “Öz Biznesinə Başla və Təkminləşdir” təlim kurslarına cəlb edilmiş və onlardan 109 nəfəri müvafiq dövrlərdə aktivlərlə təmin edilmişdir.  Ölkə başçısının tapşırığına əsasən genişləndirilmiş bu lahiyə 2019-cu ildə də davam etdirilir. Cari ildə 48 nəfər təlimlərə cəlb edilmiş, onlardan 47 -si təlimi uğurla başa vurmuş , bir nəfər isə bu proqramdan imtina etmişdir.  07.10.2019-cu il tarixədək təlimi başa vurmuş və ötən ildən aktiv almayan  49 nəfər təchizatçı şirkət tərəfindən aktivlərlə təmin edilmişdir. Vətəndaşlardan 19 nəfərinə  2 baş iribuynuzlu,  30 nəfərə isə hər birinə 21 baş xırdabuynuzlu heyvanlar verilməklə  yanaşı  onların hər birinə  heyvanların bəslənməsi üçün 400 kq qarışıq yem ayrılmışdır. Təqdim edilmiş aktivlərin qan nümunələri  Qida Təhlükəsizlik Agentliyi tərəfindən  yoxlanıldıqdan sonra  aktivlər  vətəndaşlara təhvil verilmişdir. Hal-hazırda da  rayonumuzda təlimlər davam edir. Təlimlərdə 15 nəfəri xidmət və istehsal sahəsində 38 nəfər isə kənd təsərrüfatı sahəsində öz kiçik biznesini qurmaq məqsədilə iştirak edirlər. Təlimlərə “Məşğulluq  haqqında”  Qanununa əsasən  növbəlilik əsasında  əlillər, şəhid ailələri, cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslər, Ünvanlı dövlət sosial yardım alan şəxslər, əlil uşağı tərbiyə edən valideynlər və 1 ildən çox işsiz kimi qeydiyyatda olan üstünlük hüququna malik olan şəxslərin iştirakı təmin olunur.

Keçidlər