Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar həkim briqadasının yerlərdə məcburi köçkünlərə tibbi xidməti göstərməsi sakinlər tərəfindən böyük razılıqla qarşılanmışdır.

12 oktyabr 2019 | 16:00

     Laçın Rayon İca Hakimiyyətinin təşkilatçılığı ilə Laçın Rayon Mərkəzi Xəstəxanasının ixtisaslı həkimlərindən ibarət səyyar həkim briqadası 2019-cu il 12 oktyabr tarixdə Ağcabədi rayonu Taxta Körpü ərazisindəki Sadınlar-1, Sadınlar-2 və Qarıqışlaq (Tarverdi) obalarında olmuşlar. Laçın Rayon Mərkəzi Xəstəxanasının həkim briqadasının tərkibində terapevt, kardioloq, ginekoloq və oftalmoloq həkimlərin iştirakı təmin olunmuşdur. Keçirilmiş səyyar tibbi baxışda müayinələr aparılaraq müvafiq müalicələr təyin olunmuşdur. Məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları ərazidə onlarla görüşlərin keçirilməsini və səyyar həkim briqadası tərəfindən müayinə və müalicə olunmalarını razılıqla qarşılamış, bu qayğıya görə tədbirin təşkilatçılarına və səyyar həkim briqadasına minnətdarlıqlarını bildirmişlər. Səyyar həkim briqadası tərəfindən tibbi xidmətinin Taxta Körpü ərazisindəki digər obalarda da davam etdirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər