Şriftin ölçüsü :

Saytın rəngi :

5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir

05 oktyabr 2019 | 16:00

    2019-cu il 5 oktyabr tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində   5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdən əvvəl rayonun təhsil işçiləri və ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin  inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər güllər düzərək ehtiramlarını bildirmişlər.

     Müəllimlər Gününə həsr edilmiş tədbir Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının  konfrans zalında davam etdirilmişdir.

    Laçın Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Nəzərli rayon müəllimlərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulamışdır. Rayon rəhbəri çıxışında ölkədə təhsilinin  inkişafına dövlət dəstəyindən, Prezident cənab İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan, təhsil işçilərinə davamlı qayğısından, həmçinin  ölkənin Birinci Xanımı Mehriban xanım  Əliyevanın   “Yeniləşən Azərbaycana yeni məktəb “  layihəsinin Azərbaycan təhsilinə qazandırdığı uğurlardan danışmışdır.

    Bununla yanaşı tədbirdə   rayon rəhbəri,  müəllim günü ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayonun 28 nömrəli məktəbinin direktoru İsmayılov Nofəl Şahmar oğlunun “Tərəqqi” medalı ilə təltif edilməsini isə  bütün laçınlı müəllimlərin əməyinə verilən ən yüksək qiymət kimi dəyərləndirərək təhsil işçiləri adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

    Rayon İcra Hakimiyyəti başçısı  çıxışında  xüsusilə vurğulamışdır ki,   qaçqınların və məcburi köçkünlərin   qayğılarını daima diqqət mərkəzində saxlayan ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində  2019-2020-ci  dərs ilində rayonun 3-ü modul tipli olmaqla  11 ümumtəsil məktəbi  müasir tipdə  işa edilmiş yeni məktəb binalarında fəaliyyətə  başlamış digər məktəblərdə isə  əsaslı və cari təmir işləri aparılmış,  9 məktəb üçün isə  yeni məktəb binalarının inşası davam etdirilir.
   Sonra     rayonda təhsil sahəsində qazanılan uğurlardan danışan icra başçısı   2018-2019-cu dərs ilində 11-ci sinfi bitirən 890 nəfər məzundan  664 nəfəri ali məktəblərə qəbul  imtahanlarda iştirak etdiyini, onlardan 475 nəfəri ali məktəblərə qəbul olunduğunu qeyd etmiş, tələbə adına layiq görülən məzunlardan  62 nəfərin  500-dən o, cümlədən 13 nəfərin 600-dən  çox bal topladığını, 33 nömrəli Laçın tam orta məktəbinin məzunu Toğrul Anar oğlu Ələkbərzadənin isə abutruyentlər arasında xüsusilə fərqlənərək 689 bal toplayaraq yüksək nəticəyə nail olduğu bildirilmişdir.

     Daha sonra Rayon İcra Hakimiyyəti başçısı  Aqil Nəzərli təhsildə fərqlənən bir qrup müəllimlərə  Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanlarını təqdim etmişdir.
  
    Tədbirdə çıxış edən rayonun ümumtəhsil məktəblərinin müəllimləri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını, işlərində bundan sonrada daha əzmkarlıqla çalışacaqlarını bildirmişlər.

Keçidlər