Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllar hər zaman hörmət və ehtirama layiqdirlər

01 oktyabr 2019 | 16:00

      BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. 1993-cü ildən başlayaraq ölkəmizdə də Beynəlxalq Ahıllar Günü  hər il yüksək səviyyədə qeyd edilir.
     Bu əlamətdar gün münasibəti ilə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar  2019-cu il 1 oktyabr tarixdə Laçın Rayon  İcra Hakimiyyətinin dəstəyi və YAP Laçın rayon təşkilatının təşkilatçılığı ilə Bərdə rayonu ərazisində müvəqqəti məskunlaşmış bir sıra ahılyaşlı  sakinlər ziyarət edilmişdir.
    Təşkil edilən ziyarətdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini Məhəmməd Şahbazov, YAP Laçın rayon təşkilatının sədr müavini Xaliq Musayev  iştirak ediblər.
    Ziyarət olunan ahıllardan Sosialist Əməyi Qəhrəmanı Şərqiyə Vəliyevanın  evində təşkil edilən çay süfrəsi ətrafında ilk öncə ahıllar bu əlamətdar gün münasibəti ilə rayon rəhbərliyi adından təbrik edilmiş, onların həyat təcrübəsinə müasir gəncliyin daim ehtiyacı olduğu qeyd olunmaqla  keçdikləri şərəfli ömür yolunun və zəhmətsevərliklərinin  hər kəs üçün nümunə olduğu bildirilmiş, onlara rayon rəhbərliyinin bayram sovqatı çatdırılmışdır. 
     Səmimi keçən görüşdə  ziyarət olunan  Şərqiyə Vəliyeva və Laçın Rayon Ağsaqqallar Şurasının sədri Ağayar İsmayılov ahıllar adından onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırmışlar. Onlar  işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirmişlər.
   Ahıllar yaşlarının ixtiyar çağında onlara dövlət qayğısının ilbəil artdığından razı qaldıqlarını  bildirərək, göstərilən hərtərəfli diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etmişdilər.

Keçidlər