Heyvandarlığın inkişafı üçün baytarlıq tədbirləri vaxtında həyata keçirilir
Laçın Rayon Baytarlıq İdarəsi İlin əvvəlində təsdiq olunmuş epizotik plan əsasında əhali və fermer təsərrüfatlarında olan heyvanların xəstəliklərdən qorunması üçün davamlı tədbirlər həyata keçirir. Baytar həkimlərdən təşkil olunmuş həkim briqadası tərəfindən Laçından olan məcburi köçkünlərin Taxta Körpü ərazisində saxladıqları mal-qaraya mütəmadi olaraq baytarlıq baxışı keçirilmiş,qan nümunələri götürülmüş, aşkarlanan xəstəliklərə qarşı lazımi müalicə tədbirləri görülür.
Epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə əlaqədar cari ilin sentyabr ayından başlayaraq qışlamaya hazırlıq məqsədi ilə təsərrüfatlarda mal-qara saxlanılan binalar, qoyun tövlələri və quzu küzləri təsərrüfat sahibləri tərəfindən mexaniki yolla təmizləndikdən sonra dezinfeksiya olunmuş, müxtəlif xəstəlikləri əleyhinə profilaktik tədbirləri görülmüşdür.
Laçın Rayon Baytarlıq İdarəsinin əməkdaşları məcburi köçkünlərin saxladıqları heyvanlar arasında profilaktik peyvəndləmə, diaqnostik müayinə, heyvanlar arasında müalicə, heyvanlar saxlanan obyektlərdə dezinfeksiya və dezinseksiya tədbirləri aparmaqla yanaşı, mütəmadi olaraq fermerlər, heyvan sahibləri arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri də həyata keçirir. Bütün bunlar nəticə etibarı ilə rayonda heyvandarlığın dinamik şəkildə inkişafına, heyvandarlıq məhsullarının həcminin ilbəil artırılmasına öz müsbət təsirini göstərir.
Laçın Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq yerlərdə təsərrüfat sahiblərinə və sakinlərə heyvanların yemlənməsi və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilir.