Obalararası yollarda aparılan əsaslı və cari təmir işləri yollara yeni görkəm vermişdir.
Ölkə başçısı cənab İlham Əliyevin məcburi köçkünlərə olan davamlı diqqət və qayğısının nəticəsi olaraq, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü ərazisində obalararası avtomobil yolları Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə əsaslı və cari təmir olunmuşdur.
Belə ki, 10 min nəfərdən çox rayon sakininin müvəqqəti məskunlaşdığı obalardan Taxta Körpü ərazisindəki Ərdəşəvi-2 obasında 10,8 km, Qarakeçdi-Şəlvə layihəsi üzrə 14,5 km, Ərdəşəvi, Fingə, Mişni obaları üzrə isə ümumilikdə 30,9 km uzunluğunda çınqıl örtüklü avtomobil yollarında əsaslı bərpa və təmir işləri görülmüş, görülmüş bu təmir işləri yollara yeni görkəm vermiş, abadlıq yaratmışdır.
Bundan əlavə Vağazin-Mal yatağı-Qarağac obaları, Qarıqışlaq, Qılışlı, Ağbulaq-1, Ağbulaq - 2 və Hacılar, Sadınlar layihələri üzrə isə bütün sənədləşmə işləri başa çatdırılmış, yaxın zamanda həmin yolların təmirinə başlanılması nəzərdə tutulmuşdur.
Görülən bu işlər rayon sakinləri tərəfindən yüksək razılıqla qarşılanır, bu davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirirlər.