Şriftin ölçüsü :

Saytın rəngi :

“Əsrin müqaviləsi”nin 25-ci ildönümü laçınlılar tərəfindən qeyd olundu

20 sentyabr 2019 | 16:00

   20 sentyabr 2019-cu il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisələrinin  fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan partiyası  Laçın rayon təşkilatının inzibati binasında Rayon İcra Hakimiyyəti və YAP Laçın  rayon təşkilatının birgə təşkilatçılığı ilə “Əsrin müqaviləsi”nin   25-ci ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Rayon İctimaiyyəti və fəallarının toplaşdığı tədbiri Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Laçın Rayon təşkilatının sədri İlqar İlyasov açaraq bu əlamətdar gün münasibəti ilə bütün xalqımızı rayon rəhbərliyi və ictimaiyyəti adından təbrik etdi. O, çıxışında bildirdi ki, 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış 8 ölkəsindən olan 13 neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli”yataqlarının işlənilməsi hasilatın pay bölgüsü sazişinin imzalanması yenicə müstəqillik qazanmış Azərbaycan üçün tarixi hadisə idi. Rayon rəsmisi xüsusilə vurğuladı ki, bu müqavilə böyük dövlət xadimi Ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin və uzaqgörənliyi hesabına imzalanmışdır. O da qeyd edilmişdir ki, Ulu Öndər bu sazişə   sadəcə Azərbaycana firəvanlıq gətirəcək iqtisadi müqavilə kimi baxmır. “Əsrin müqaviləsi”ni  həm də Azərbaycanın istiqlalını qoruyacaq zireh kimi görürdü. Bu gün  “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan natiq bu sahədə ölkəmizə 33 milyarddan çox sərmayə qoyulduğunu , bu illər ərzində ölkəmizdə neft hasilatının 5 dəfədən çox ardığını, son 25 il ərzində Azərbaycanın ümum daxili məhsulunun   216 dəfə artdığını, işsizliyin 3 dəfə, yoxsulluq səviyyəsinin isə 10 dəfədən çox azldığını bildirdi. Çıxışda xüsusilə bildirildi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bu sazişin uğurlu inkişafının nəticəsidir ki, 2017-ci ildə sazişin müddəti əsrin ortalarınadək uzadılmışdır.
     Tədbirdə çıxış edən rayon ziyalıları və icimaiyyəti nümayəndələri “Əsrin müqaviləsi”nin ölkəmizin inkişafına göstərdiyi yüksək təsirdən mənmun olduqlarını , əldə olumuş gəlirlərin  ölkəmizin çiçəklənməsinə, xalqımızın bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına sərf edilməsindən razı qaldıqlarını bildirərək bütün bunlara görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını və təşəkkürlərini bildirmişlər.

Keçidlər